Bakı metrosunda adam bıçaqlayan keçmiş məhkum saxlanılıb

Bakıda metrostansiyasında bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Metropoliten Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 30-da «Xalqlar Dostluğu» metrostansiyasında Bakı şəhər sakini Mirağa Əhədova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Ramiz Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri