Mərkəzi Bank: Kredit qoyuluşlarının azalmasına Beynəlxalq Bankda aparılan restrukturizasiya tədbirləri səbəb olub

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2015-ci il oktyabrın 1-ə 19 113,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya verilən məlumata görə, avqust ayı ilə müqayisədə sentyabrda iqtisadiyyata kredit qoyuluşu 982,3 mln. manat və ya 4,89% azalıb.

AMB-dən bildirilib ki, azalma Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.

Ümumiyyətlə, son 1 ildə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşu 1 481,9 mln. manat və ya 8,40% çoxdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri