Sabirabadda 23 yaşlı qadın zəhərlənərək ölüb

Sabirabadda 23 yaşlı qadın ölüb.

APA-nın verdiyi məlumata görə, Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Zəhra Zaur qızı bu gün səhər saat 6.00 radələrində ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili yardım göstərilsə də, o, bir neçə dəqiqədən sonra keçinib.

Z. Məmmədovanın dərman zəhərlənməsindən öldüyü ehtimal olunur.

Ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Şirvan şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə təhvil verilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri