Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, xəsarət alan var

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri