Dənizkənarı Milli Parkda 18 yaşlı qız özünü dənizə ataraq intihar edib

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün Dənizkənarı Milli Parkda qeydə alınıb.

Beyləqan rayon sakini, 18 yaşlı Məmmədova Həmidə Ramiz qızı özünü dənizə atıb.

Mərhumun meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılıb. Hazırda hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri