Azərbaycanda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Kürdəmir rayonunun Köhünlü kəndində yaşayan İslam Bağırov evinin eyvanından (2-ci mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş İ.Bağırov oktyabrın 26-da orada ölüb.

Oktyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində usta işləyən Bakı şəhər sakini Müşfiq Məmmədov mağazanın damından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri