Ayanla Nadirin mahnısı - “Xəyanətkar”

Ayanla Nadirin mahnısı - “Xəyanətkar” Müğənni Nadir Qafarzadə ilə Ayan Babakişiyeva yeni duetini təqdim edib.



“Qafqazinfo”nun məlumatına görə, “Xəyanətkar” adlanan mahnının müəllifi Rövşən İlknurdur.
Yeni mahnısı haqda danışan Ayan bildirib ki, “Xəyanətkar”ın seviləcəyinə inanır:



“İlk işimiz uğurlu alınmışdı.Yenidən bir araya gəlməyə qərar verdik. İnanıram ki, bu mahnı da dinləyicilərin könlünü oxşayacaq”.



Nadir Qafarzadə də “Xəyanətkar” haqda təəssüratlarını bölüşüb:



“Ayanla birgə ifa etdiyimiz “Sənin üçün” mahnısı çox sevildi və deyərdim ki, “Youtube” kanalında yaxşı baxış sayı yığdı. Həmin mahnını 2013-ci ildə oxumağımıza baxmayaraq, hələ də sevilir. Elə bu mahnının sevildikdən sonra növbəti dəfə duet oxumaq qərarına gəldik”.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri