Azərbaycanlı milyonerin eks sevgilisi saxlanıldı (FOTO)

Azərbaycanlı milyonerin eks sevgilisi saxlanıldı (FOTO)Dünya şöhrətli balerina, aktrisa və müğənni Anastasiya Voloçkova Türkiyədə saxlanılıb.

ANS-in məlumatına görə, aktrisanı Türkiyə Gömrük Xidməti əməkdaşları saxlayıblar. Gömrük xidmətinin əməkdaşları balerinanın baqajında narkotik maddə olduğunu iddia ediblər. Axtarış zamanı heç nə tapılmayıb, balerina isə sərbəst buraxılıb.

Maraqlıdır ki, Voloçkovanın baqajından çoxlu balıq konservası və qara çörək olub. O, dostları üçün pay aldığını deyib. Bu haqda aktrisa öz sosial şəbəkədəki səhifəsində yazıb:

“Macərasız həyat çox darıxdırıcı olur, mənim həyatım isə macəra ilə doludur. Bu gün bilmirəm ağlayım yoxsa gülüm. Bir neçə saat əvvəl panikadaydım, Türkiyə Gömrük xidmətinin əməkdaşları məni aeroportda saxlamışdı”.

Son zamanlar balerina yaradıcılığından çox şəxsi həyatı, səyahətlərində başına gələn hadisələrlə gündəmə gəlir. Bir müddət öncə o İnstagram səhifəsində oteldə dənizdə çimərkən balıq hücumuna məruz qaldığını demiş və şəkillər paylaşmışdı.

Voloçkova dərhal azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı möhtəşəm beş ulduzlu “Mardan Palace” mehmanxanasının tibb məntəqəsinə çatdırılıb.

Bir müddət adı azərbaycanlı biznesmenlə sevgi münasibətində halanan Voloçkova Bakıya da səfər edib. "Məni Bakıya, inanılmaz gözəl yerə dəvət ediblər. Və mənim şərəfimə şam yeməyi... Həyat xoş sürprizlərlə doludur...”, deyə o aktiv olduğu "İnstagram"da qeyd edib.

Əvvəllər, Anastasiya Voloçkova ilə azərbaycanlı iş adamı Bəxtiyar Səlimov sevgili olub. 2 il davam edən münasibət biznesmenin Moskvaya gec-gec gəlməsi səbəbindən bitib.


Azərbaycanlı milyonerin eks sevgilisi saxlanıldı (FOTO)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri