Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.

APA-nın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri