"SOCAR Georgia": Azərbaycan Gürcüstanın qaza olan tələbatını tamamilə ödəyə bilər

"Azərbaycan Gürcüstan əhalisnin təbii qaza olan tələbatını tamamilə ödəyə bilər və demək olar ki, ödəyir".

APA-nin "Georgia Online" xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

Xatırladaq ki, Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yerli KİV-ə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi qonşu ölkənin təbii qaza olan tələbatını ödəyə bilmir. K. Kaladze əlavə edib ki, Gürcüstan tərəfi Rusiyanın "Qazprom" şirkəti ilə qaz nəqli ilə bağlı danışıqlar aparır və Rusiya tərəfi münasib qiymət təklif edərsə, əməkdaşlıq baş tuta bilər.

Buna cavab olaraq M. Məmmədov bildirib: "Hər gün Gürcüstana 5 milyon kubmetr həcmində təbii qaz nəql olunur. Üstəlik, 1 milyon kubmetr qaz "Şahdəniz" yatağından nəlq edilir. Gürcüstanda gündəlik istehlak olunan təbii qazın həcmi 6,2 milyon kubmetrdir. Beləliklə, demək olar ki, biz tələbatı tamamilə ödəyirik".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri