Təyyarənin sərnişini yanındakı kişini dişlədikdən sonra öldü

Lissabon-Dublin marşrutu üzrə uçan təyyarənin göyərtəsindəki sərnişin təlaşa düşüb və yanındakı kişini dişləyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, həmin kişi sərnişinə kömək etmək istəyib.

İnsidentlə əlaqədar təyyarənin kapitanı təcili eniş etmək məcburiyyətində qalıb. 24 yaşlı portuqaliyalı sərnişin təlaş tutmasından sonra huşunu itirib.

Təyyarə endikdən sonra tibb işçiləri gəncin ölüm faktını qeydə alıblar.

Dişlənilən sərnişin isə xəstəxanaya yerləşdirilib.

Polis fakt üzrə araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri