"AGBank" nizamnamə kapitalını 10 milyon manat artıracaq

1992-ci ildə təsis olunan "AGBank" ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır.

Bankdan Trend-ə bildiriblər ki, statistik məlumatlara əsasən "AGBank" ASC-nin aktivləri cari ilin əvvəlindən 1 oktyabr tarixinədək 10% artaraq 558 480 000 manat, kredit portfeli 5% artaraq 401 310 000 manat təşkil etmişdir. Depozit hesablarının sayı isə 4000-i ötüb.

Qeyd edək ki, "AGBank" ASC-nin səhmdarlarının 18 sentyabr 2015-ci il tarixində təşkil olunan ümumi yığıncağında Bankın Nizamnamə Kapitalının mərhələli şəkildə 10.000.000 (on milyon) manat artırılması qərara alınıb.

Xatırladaq ki, "AGBank" ASC-nin səhmdarları sırasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu, 8 Dövlət müəssisəsi, 12 kommersiya təşkilatı, 43 fiziki şəxs, ümumilikdə 65 səhmdar mövcuddur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri