Energetika naziri: "Tariflər artırılmayacaq"

"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir".

APA xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.

"Tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri (tariflərin artırılması - red.) məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də, kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir", - deyə nazir bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri