Sumqayıt şəhər dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub

Sumqayıt şəhər dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Sumqayıt şəhər dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 39 ədəd rels altlığı oğurlamış Fərid Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri