Şəmkir rayon sakini bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

APA-nın verdiyi məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Ülvi Məmmədov sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 22 yaşlı gəncin vəziyyətinin normal olduğu bildirilir. İlkin araşdırmaya görə, Ü. Məmmədovun şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri