Röyadan rekord

Müğənni Röya qısa müddətdə Kənan Doğulu, Ferhat Göçer kimi məşhur ifaçıları geridə qoyan “Kesin bilgi” klipindən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, müğənni klipinin 1 həftə ərzində baxış sayının 1 milyonu keçdiyi üçün tamaşaçılarına təşəkkür edib:

“Bu sevgi, bu hörmət, bu qayğıya görə sevənlərim sağ olun. Mən sizin üçün oxuyuram, ürəkdən və yorulmadan... Bundan sonra da belə olacaq. Hər kəsə sonsuz təşəkkür edirəm”.

Qeyd edək ki, ki, “Kesin bilgi”nin söz və musiqisi Gülşənə, aranjemanı isə Ozan Çolakoğluya məxsusdur. Mahnıda Gülşənin də qısa ifası var. Klipin rejissoru Murad Küçükdür.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri