"Birdən ayıldım ki, ayaqlarım getmir, bədənimi tərpədə bilmirəm"

Əməkdar artist Tünzalə Əliyeva sağlam həyat tərzi keçirdiyini bildirib.

Live.Az-ın axşam.az-a istinadən məlumatına görə, aktrisa ən pis vərdişinin çox yemək olduğunu bildirib:

"Sağlam həyat tərzi düzgün qidalanmaqdan başlayır. Pis vərdişlərdən uzaq durub, idmanla məşğul olmaq lazımdır. Pis vərdişləri tərgitsək, ömür də uzun olar. Qayınatam siqaret çəkir. Çox deyirik ki, tərgit, amma bacarmır. Bir çox insanlar onun ziyanını bilə-bilə edirlər. Spirtli içki mədəni yandırır, adamı tez qocaldır. Qadın nə qədər sağlam olsa, o qədər yaxşıdır.

Kök olan ərəfələrdə heç vaxt arıqlaya bilmərəm. Çox yeməyin özü sağlamlığa ziyandır. 164 kiloqrama qədər kökəldiyim vaxt oldu. Birdən ayıldım ki, ayaqlarım getmir, bədənimi tərpədə bilmirəm. Mən əsəbiləşəndə çox yeyirəm. Bu da pis vərdişin bir vasitəsidir. İndi 100 kiloqrama qədər arıqlamışam".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri