Bu il Azərbaycandakı mobil operatorlar 660 mln. manat qazanıb

Bu il Azərbaycandakı mobil operatorlar 660 mln. manat qazanıb Bu ilin ötən 9 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 216,6 mln. manatlıq xidmət göstərib.

APA-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun da 72,7%-i əhali sektoruna aid olub.

2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 54%-i və ya 657,5 mln. manatı mobil telefon rabitəsindən yaranıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri