DİN Zaqatalada 14 yaşlı məktəblinin 16 yaşlı həmyerlisini öldürməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada orta məktəb şagirdinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Zaqatala şəhərində şəhər sakini M. Məmmədov münaqişə zəminində həmyerlisi İbrahim Əsədzadəyə bıçaqla xəsarət yetirib. Nəticədə İ.Əsədzadə hadisə yerində ölüb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov tutulub.

Qeyd edək ki, qətlə yetirilən İ. Əsədzadənin 16 yaşı var və o, orta məktəb şagirdidir. Hadisəni törədən M. Məmmədovun isə 14 yaşı var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri