Plastik kartlar üzrə əməliyyatlar müvəqqəti dayandırılır

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi sistemin texniki yenilənməsinə başlayır.

AzeriCard-dan Trend-ə verilən məlumata görə, planlaşdırılmış yenilənmə işləri ilə əlaqədar olaraq, oktyabrın 15-dən 16-na keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 00:00-dan 06:00-a qədər dayandırılacaq.

Qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar keçməyəcək. Yenilənmə işləri planlı xarakter daşıyır və ildə iki dəfə keçirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri