Qaradağda "Mercedes" və "İnfiniti"nin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb

Gecə saatlarında Qaradağda yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə "Meyvəli" bazarının yaxınlığında qeydə alınıb. "Mercedes" markalı avtomobil bazarın yaxınlığında geriyə dönmə əməliyyatı edən zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə öz yolu ilə hərəkətdə olan "İnfiniti" markalı avtomobil "Mercedes"ə çırpılıb.

Qəza zamanı "Mercedes" də olan iki nəfər Camal Rəhimov və Pərviz Babalı xəsarət alıb.

"Mercedes" də olan meyvə-tərəvəz məhsulları isə, yola dağılıb. Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Qəzanın baş vermə səbəbləri müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri