Nobel prospektində qırmızı rəngli asfalt-beton örtüyü döşənir

Bakının Nobel prospektində yol ayrıcına tünd qırmızı rəngli asfalt-beton örtüyünün döşənilməsinə başlanılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-ya verilən məlumata görə, rəngli asfalt-beton örtüyü ilkin etapda prospektin “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2 500 metrlik hissəsində yol ayrıcına döşənir.

Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri