Bank of Baku" məsuliyyətli kreditləşmə siyasətini açıqlayıb

İstehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında” Metodoloji Rəhbərlik hazırlanıb.

"Bank of Baku"dan APA-ya verilən məlumata görə, bu Metodoloji Rəhbərliyə əsaslanaraq bank məsuliyyətli kreditləşmə layihəsi çərçivəsində öz Məsuliyyətli Kreditləşmə Siyasətini hazırlayıb geniş auditoriyaya təqdim edib.

"Bank of Baku"nun təqdim etdiyi siyasət istehlak kreditlərinin verilməsi üzrə məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir. Belə ki, bu siyasətin məqsədi Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı borcalanların borclanma, maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə müştərilərin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması, maliyyə savadlılığının artırılması, həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bankın təqdim etdiyi reklam daşıyıcılarında istifadə edilən “Kredit Sizi Şah da edə bilər Mat da!” şüarı isə məhz bu siyasət çərçivəsində müştərilərə ödəyə biləcəkləri qədər kreditlərin götürülməsini tövsiyə edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri