Azərbaycanda 41 yaşlı qadın döyülüb

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, rayonun Böyük Qılaq kənd sakini, 1974-cü il təvəllüdlü Məlahət Rüstəmova bədənin müxtəlif nahiyələrinin əzilməsi xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qadına tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. M. Rüstəmova döyüldüyünü bildirib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri