AZAL əl yükünün icazə verilən çəkisini artırıb

Ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

Bu barədə APA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

AZAL-ın reyslərində əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri