Azərbaycan Dövlət Neft Fondu Yaponiyada daşınmaz əmlak alıb


Daşınmaz əmlakın dəyəri 418 mln. dollar təşkil edir

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Tokioda daşınmaz əmlaka investisiya yatırıb.

APA-nin xəbərinə görə, bu barədə "Bloomberg" xəbər verir.

Qeyd edək ki, daşınmaz əmlakın dəyəri 50 mlrd. yendən (418 mln. dollar) çoxdur.

Ofis kompleksi Tokiodakı "Ginza" ticarət kompleksində yerləşir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri