Mingəçevirdə yaşayış binasında güclü yanğın olub, 30 sakin təxliyə edilib

Mingəçevir şəhərində hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 30 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri