"Türk Hava Yolları" ölkədaxili uçuşlarda şəhid ailələrinə 20% endirim edəcək

"Türk Hava Yolları" (THY) və "Anadolu Jet" şirkətləri ölkədaxili uçuşlarda şəhid ailələrinə 20%-lik endirim edəcək.

APA-nin xəbərinə görə, bu barədə THY-nin mətbuat xidmətinin açıqlamasında deyilir.

Şirkətin qərarında qeyd edilir ki, endirim şəhid olanların həyat yoldaşları, valideynləri və evli olmayan, 25 yaşı tamam olmayan övladlarına şamil edilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri