Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi

Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi 16 sentyabr, Red Bull Thre3Style - dünyanın ən miqyaslı dicey müsabiqəsinin ikinci seçim gecəsi keçdi. Tədbir sentyabrın 14-dən 20-dək Yaponiyanın paytaxtında keçirilir. Altı gecə ardıcıl olaraq, Tokionun ən yaxşı klublarında dünyanın 18 ölkənin qalibləri, Red Bull Thre3Style versiyasına görə dünya çempionu adını daşımaq hüququ uğrunda mübarizə aparacaqlar.



Bu gecə çıxış etmiş, ölkəmizin təmsilçisi - DJ N.E.Z öz setini müvəffəqiyyətlə oynadı və öz bacarığını tam şəkildə nümayiş etdirdi, amma treklərin kombinasiyası və təqdim edilməsi Kanadadan olan DJ Charly Hustle-nin çıxışında ən yaxşı oldu. Hakimlərin qərarı ilə kanadalı bu seçmə raundun qalibi oldu və finala keçdi.

Albaniyadan dicey - Kut Real və Latviya diceyi - DJ Aspirins də finala keçid almaq üçün bu raundda mübarizə aparıblar. Krafty Kuts (Böyük Britaniya), Shortkut (ABŞ), Skratch Bastid (Kanada), Z Trip (ABŞ) və dünya diceinqin əfsanəsi - Jazzy Jeff kimi görkəmli diceylər bu raundu mühakimə edirdilər.



Red Bull Thre3Style versiyasına görə Azərbaycanın üçqat çempionu DJ Twist, həmçinin hal-hazırda Tokiodadır və DJ N.E.Z-i dəstəkləyirdi. “Yaxşı çıxış etdi. Bir az qabiliyyəti və musiqinin müxtəlifliyi çatışmadı” – DJ Twist bildirdi.



DJ Twist həmçinin tədbirin xedlayneridir və Hedspin, DJ Ren, DJ Shortkut və Skratch Bastid diceyləri ilə səhnəni bölərək, müsabiqənin üçüncü gecəsində oynayacaq.



Yarışın qaydalarına əasasən, hər bir iştirakçı 15-dəqiqəlik setini minimum üç müxtəlif stildə oynamalıdır. Müvəffəqiyyətlə seçilmiş treklər, miksin kreativliyi, icranın texnikası və oynayanları coşdurmaq qabiliyyəti hakimlərin qərarına təsir edən əsas amillərdir.



2010-cu ildən etibarən, hər il keçirilən Red Bull Thre3Style müsabiqəsi, dünyanın müxtəlif ölkələrindən ən güclü diceylərin, dünyanın ən yaxşı diceyi adı uğrunda mübarizə apardığları yarışdır. Keçən il Red Bull Thre3Style dünya finalını Bakı şəhəri qəbul edirdi. Red Bull Thre3Style əvvəlki dünya finalları Vankuverdə və Torontoda (Kanada), Çikaqoda (ABŞ) və Parisdə (Fransa) keçirilib.


Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi
Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi
Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi
Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi
Azərbaycanlı dicey Tokioda Red Bull Thre3Style Dünya Finalında çıxış etdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri