Yanğın olub, 20 sakin təxliyə olunub

Bakıda binada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri