Bakıda avtomobil dayanacağa çırpılıb, ölən və yaralanan var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurub.

Nəticədə onun qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilib, R.Dəmirov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri