MC Murad oğurluqda ittiham edildi

MC Murad oğurluqda ittiham edildi İyunun əvvəllərində sevilən müğənni Zamiq Hüseynov sözləri və musiqisi MC Murada aid olan “Həyat çətindir” adlı mahnı təqdim etmişdi.

Sosial şəbəkələrdə yazılan məlumatlara görə, MC Muradın müəllifliyi ilə təqdim edilən bəstə “Defoliant One Love” qrupunun 2009-cu ildə səsləndirdiyi “Держи Меня Крепче” mahnısının plagiatıdır. Belə ki, mahnının müəlliflərinin Rusiyanın məşhur rep qrupu “Defoliant One Love”ın üzvləri olması ortaya çıxıb. Bəstənin musiqisi Anton Zavyalova, sözləri Vasili Obodeev və Anton Zavyalova məxsusdur.

Qeyd edək ki, qrup 2007-ci ildə yaranıb və üç nəfərdən ibarətdir: Ant (Anton Zavyalov) saund-prodüser, repçi, bitmeyker, aranjimançı, 2008-ci ildə Rusiyanın Muz TV kanalında yayımlanan «Битва за respect» hip-pop şousunun qalibi. Def (Vasili Obodeev) – hip-pop ifaçısı, repçi. DJ Navvy (İlya Kuznesov) - «Многоточие» qrupunun eks solisti.

Xatırladırıq ki, bu, MC Murad haqqında qaldırılan ilk iddia deyil. Ötən gün MC Muradın “Miri Yusif mahnılarımı oğurlayıb sevildi” sözləri cavabsız qalmayaraq Miri Yusifdən də ona sərt ittiham gəlmişdi. M.Yusif “Ortada dələduzluq faktı var, Murad bəy Azərbaycanda məhkəməyə veriləcək. Məhkəmədə bütün sübutları ortaya qoyacağıq”,- deyə açıqlama verərək MC Muradı mahnı oğurluğunda ittiham etmişdi.





Oxu.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri