“Qəbələ” futbolçuları Cavid Hüseynova belə dəstək oldular

“Qəbələ” futbolçuları Topaz Premyer Liqasının 2 -ci turunda AZAL ilə oyunda rəqibinin qapısına vurduqları ikinci qolu öz komanda yoldaşları Cavid Hüseynova həsr ediblər.

Hal-hazırda Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı istntaqa cəlb edilib.

“Qəbələ” futbolçuları qoldan sonra Cavidin oynadığı 14 nömrəli formanı götürərək futbolçuya dəstəyi nümayiş etdiriblər.

Qeyd edək ki, oyun AZAL - “Qəbələ” matçı qonaqların 0:2 hesablı qələbəsi ilə bitib.





oxu.az
Şərhlər
İdman bölməsinin xəbərləri