Mingəçevirdə avtomobilin altında qalan piyada hadisə yerində ölüb

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yevlax rayonu Tanrıqulular kənd sakini, 1963-cü il təvəllüdlü Vidadi Cəfərov idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, şəhər sakini 1952-ci il təvəllüdlü Məhəbbət Qurbanovu vurub. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil piyadanın üstündən keçib. Məhəbbət Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.


Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri