Vergilər Nazirliyi yanvar-iyul ayları ərzində dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb

Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyul ayları ərzində nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaiti açıqlayıb. Nazirliyin Analitik-İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu aylar ərzində dövlət büdcəsinə 4 milyard 104 milyon 76,7 min manat vəsait daxil olub.

Məlumatda bildirilir ki, bu rəqəm proqnoz tapşırığından 1,9 faiz (101,9 faiz) çoxdur.

Hesabat dövründə vergi orqanlarında 47.396 vergi ödəyicisi qeydiyyata alınıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri