"Sevil massivi"ndə torpaq və mənzil almış şəxslər mətbuat konfransı keçiriblər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Sevil massivi"ndə torpaq və mənzil almış şəxslər mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, mətbuat konfransı keçirən şəxslər onlara dəymiş maddi ziyanın ödənməsini, hazırda bu işlə bağlı həbsdə olan şəxslərin azad edilməsini, Hökməli bələdiyyəsinin keçmiş sədri Mirnemət Mirhadiyev haqqında həbs qəti-imkan tədbirinin seçilməsini tələb ediblər.

Zərərçəkmişlər bildiriblər ki, bu işdə zərərçəkənlərin sayı 3250 nəfərdir. Onlardan yalnız 10-15 nəfərin pulu tam, 200 nəfərin pulu isə qismən ödənilib.

Zərərçəkmişlər məhkəmə istintaqının gedişindən narazılıqlarını bildiriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri