Lənkəranda iki avtomobil toqquşub, sürücülərdən birinin həyat yoldaşı ağır xəsarət alıb

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Lənkəran-Boradigah yolunda, Şağlaser kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı, 42 BK 812 dövlət nömrə nişanlı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Lənkəran rayonunun Separadi kənd sakini, 1958-ci il təvəllüdlü Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı, 90 BO 847 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən F. Məmmədovun yanında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şəfayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri