“Yeni Həyat” Şirkətlər Qrupu da "Bank Technique" ilə əməkdaşlığı dayandırıb

“Yeni Həyat” Şirkətlər Qrupu "Bank Technique" ASC ilə əməkdaşlığını dayandırıb.

APA-nin məlumatına görə, “Yeni Həyat” Şirkətlər Qrupu “AtaBank” ilə işləməyə qərar verib.

“AtaBank” ASC-dən APA-ya bu məlumatı təsdiqləyiblər. “Artıq 10 gündür ki, “Yeni Həyat” Şirkətlər Qrupu bizim bankla əməkdaşlığa başlayıb”, -deyə bankdan bildirilib.

Qeyd edək ki, buna qədər “Aqrolizinq” ASC, “Bakı Metropoliteni” QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları “Bank Technique” ilə əməkdaşlığı dayandırıblar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri