Zaqatalada ağaca çırpılan avtomobil bir neçə hissəyə bölünüb, sürücü ölüb

Azərbaycanın Zaqatala rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə avqustun 3-də, günorta saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. Zaqatalanın Muxax kənd sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev idarə etdiyi “Mercedes” markalı, 99 DK 414 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən maşın bir neçə yerə parçalanıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri