Çindən gələn sınaq konteyner qatarı Ələtə çatıb

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının saat 10 radələrində Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanına çatıb.

APA-nin məlumatına görə, qatarın qarşılanma mərasimində çıxış edən Azərbaycanın baş nazirin müavini Abid Şərifov Çindən Azərbaycana ilk konteyner qatarının gəlməsini bölgə və Azərbaycan üçün böyük bir hadisə adlandırıb.

O bildirib ki, Çindən gələn ilk qatar bu və digər ölkələrin yüklərinin Avropaya çatdırılması prosesində böyük yük axınının başlanğıcı olacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri