FHN: Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması nəticəsində yanğın baş verib, bir nəfər ölüb

Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus “Lexus”, “Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A. Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində vəfat edib.

Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri