Bakıda 12 yaşlı uşaq öz evlərindən külli miqdarda pul oğurlayıb

Bakıda 12 yaşlı uşaq oğurluq edib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də Gündüz Abbasovun yaşadığı evdən 17500 manat oğurlamış 12 yaşlı oğlu Ziya saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri