Şahin Mustafayev: "Aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə İqtisadiyyat və Sənaye Nazirliyi aviabiletlərin qiymətlərinin təhlili aparır.

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə qurumun bu gün keçirilən kollegiya iclasında nazir, kollegiyanın sədri Şahin Mustafayev deyib.

Aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri