Bərdə sakini yarım milyon manatlıq dələduzluqda günahlandırılır


Bakı sakini külli miqdarda dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, 1960-cı il təvəllüdlü İlqar Mürşüd oğlu Məmmədov Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ötən ilin sentyabr ayından bu ilin yanvar ayına qədər Bərdə rayon sakini, Qərib Valeh oğlu Təhməzov onun etibarından sui-istifadə edərək 553 min manatı alaraq qaytarmadığını bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri