Şəmkirdə 18 yaşlı gənc su anbarında batıb

Şəmkir rayonunda su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 130 km aralı, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Vəliyev Əli İlqar oğlu batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Ə. Vəliyevin meyiti atdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri