İlqarə Kazımova yeni mahnısını təqdim etdi

İlqarə Kazımova yeni mahnısını təqdim etdi Gənc müğənni İlqarə Kazımova “Parçalanmış arzular” adlı yeni mahnısını tədqim edib.


Bu müğənninin 2015-ci ildə təqdim etdiyi sayca ikinci mahnısıdır.


Əksər müğənnilər yay aylarında dinamik və ritmik mahnılar təqdim etsə də, İlqarə Kazımova lirik mahnı təqdim edib.


Live.az-a açıqlama verən gənc ifaçı buna maraqlı açıqlama da verib.


“Düzdür, bir çox müğənnilər yay aylarında ümumiyyətlə mahnı və klip təqdim etmir ki, əksəriyyət istirahətdədir. Mahnı təqdim edənlər isə dinamik mahnılar təqdim edir. Bunu onunla əsaslandırırlar ki, yayda lirik mahnılar sevilmir. Mən isə fərqli düşünürəm. Mənim fikrimcə yaxşı mahnının zamanı yoxdur. Yaxşı mahnının qışı, yazı, payızı, yayı olmur. Əgər mahnı yaxşı ifa olunubsa, o, seviləcək. Pis mahnını isə nə vaxt təqdim etsən də, sevilməyəcək. Bu mahnıma isə güvənirəm. Həqiqi hisslər üzərində yazılmış sözləri və bəstədir. İnanıram ki, dinləyicilərimin də ürəyincə olacaq”.


Qeyd edək ki,mahnının sözləri Kəmalə Qasımovaya, musiqisi isə Gürcüstanın ən məşhur bəstəkarlarından biridir. Mahnı Bakıda aranjeman olunub .


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri