Aysun oxumağa başlayıb

Aysun oxumağa başlayıb Rəqsanənin qızı oxumağa başlayıb.

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun oxumağa başlayıb.

“Devlerin aşkı” adlı türk mahnısını ifa edən Aysun onu “Youtube” kanalında yerləşdirib.

Onun ifası birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri mahnını əslində başqasının ifa etdiyini yazıblar.

A.İsmayılova isə “Mənim başım xarab olmayıb ki, başqasının səsini öz adıma çıxarım. Sonra da biabır olum. Bu qədər düşüncəsizlik olmaz. Mən müğənni deyiləm. Sadəcə, elə-belə oxudum”, -deyə şərh bildirib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri