Elman Rüstəmov: "Devalvasiyadan sonra manatın məzənnəsi sabitlik nöqtəsini tapmaqdadır"

“Mərkəzi Bank bazarda manat aclığını azaltmaq üçün banklarla 300 milyon dollarlıq əməliyyat həyata keçirirb”

“Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib”.

APA-nin xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) deyib.

"Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır", - deyə E. Rüstəmov bildirib.

Baş bankir qeyd edib ki, onun rəhbərlik etdiyi tənzimləyici orqan son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır: “Biz 120 milyondan artıq valyuta (ABŞ dolları - red.) almışıq. Təxminən 300 milyon dollardan da çox bizim banklarla əməliyyatımız oldu. Onlar öz valyutalarını bizə təklif etdilər, onun əvəzində biz bazarda manat təklifini, aclığını azaltmaq üçün banklara manat təklif etdik. Düzdür, onlar rəsmi ehtiyatlarımıza daxil olmasa da, düşünürük ki, həmin vəsait Mərkəzi Bankda qalacaq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri