Nabranda keçirilən reyd zamanı 120 sürücü barəsində protokol tərtib olunub

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində olub.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 120-dən artıq sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 9-u avtomobili sərxoş vəziyyətdə, 5 nəfər sürücülük hüququ olmadan maşın idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri