Sabirabad sakini qohumunu öldürüb, sonra isə özünü güllələyib

Sabirabadda dəhşətli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Firdovsi Emin oğlu İspərov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri